Prezidentin sevgi macərası ekranlaşdırılır
Fransa prezidenti Fransua Ollandın sabiq həyat yoldaşı Valeri Trierveylerin "Bu an üçün təşəkkürlər" ("Merci pour ce moment") adlı kitabı əsasında film çəkiləcək.
ANS PRESS-in məlumatına görə, ötən il Fransada ən çox satılan əsəri keçmiş birinci xanımın yaxın rəfiqəsi, aktrisa-prodüser Səidə Cavad ekranlaşdırır.
S.Cavad filmin Fransa və beynəlxalq şirkətlərlə müştərək çəkiləcəyini qeyd edib.
Xatırladaq ki, 12 dildə tərcümə olunan və 2014-cü ildə 650 mindən çox nüsxəsi satılan kitab cütlüyün münasibətlərindən bəhs edir.
Mənbə:> ANSPRESS