Formula 1 biletləri yeni ünvanda » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı, İdman, Avto

Formula 1 biletləri yeni ünvanda

Formula 1 biletləri yeni ünvanda


Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) bu ilin yayında Azərbaycanda keçiriləcək Formula 1 Avropa Qran Prisinə biletlərin satıldığı yeni məntəqələrin açılışını elan edir.

AzNews.info xəbər verir ki, Park Bulvar alış-veriş mərkəzindən sonra daha 4 fərqli məkanda - 28 Mall və Port Baku Mall ticarət mərkəzləri, F1 Əyləncə Zonası və Bakı Su İdmanı Sarayında yeni bilet satışı məntəqələrini istifadəyə verib. Hər gün fəaliyyət göstərəcək bu məntəqələr Park Bulvar, 28 Mall və Port Baku Mall alış-veriş mərkəzlərində 10:00-22:00, F1 Əyləncə Zonasında 12:00-22:00 və Bakı Su İdmanı Sarayında 12:00-20:00 saatları ərzində açıq olacaq.

Məlumat üçün bildirək ki, biletlər Azərbaycan vətəndaşlarına və Azərbaycanda müvəqqəti yaşama icazəsi olan əcnəbilərə 20-40 %-lik endirimli qiymətlərlə təklif olunur. Bir şəxs ən çox 4 imtiyazlı bilet ala bilər. Məntəqələrdə biletlər şəxsiyyəti təsdiq edən sənəd əsasında satılır. Bilet alarkən izləyicilərə tribunaları və ya ayaqüstü yerləri seçmək imkanı verilir.

Digər tərəfdən, sadəcə cümə günü üçün satılan biletlər xaricində digər biletlərin hamısı yarış həftəsonunu əhatə edən hər üç gün üçün keçərli olacaq. Bu biletlərə sahib olanlar FORMULA 1 GRAND PRİX OF EUROPE və GP2 seriya yarışlarını izləməklə yanaşı dənizkənarı bulvar ərazisində salınacaq Formula 1 Şəhərciyinə giriş imkanı da əldə edəcəklər. Onlar bu şəhərcikdə təşkil olunan konsert və əyləncə tədbirlərində də pulsuz iştirak edə biləcəklər.

Qeyd edək ki, yarış həftəsonu ərzində Formula 1 Şəhərciyində təşkil olunacaq konsertlərdə dünya ulduzları çıxış edəcəklər. İyunun 17-də Kris Braun, iyunun 18-də Enrike İqlesias və iyunun 19-da Farel Vilyams Bakıda ən məşhur ifalarını səsləndirəcəklər. Sadəcə cümə günü üçün bileti olanlar ancaq Kris Braunun konsertində iştirak edə biləcək. Kris Braunla yanaşı digər iki müğənninin konsertində iştirak üçün üç günlük bileti əldə etmək tələb olunur.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 9 mart 2019 11:34
  • Yazan: Sevda
TQDKnın sədri Məleykə Abbaszadənidə itirəcəklər əvvəlki təhsil naziri Misir Mərdanov kimi . Çünki təhsil çox pis gündədir. Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov və dekanı Əfqan müəllimi də itirdilər .Çünki Universitet çox pis gündədir.

  • #2
  • 9 mart 2019 23:37
  • Yazan: Sevda
Bu Nazir balalarının özbaşınalığı baş alıb gedir.
Tərbiyəsizliklə məşğul olurlar işdən çıxarılmalı olacaqlar.

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *