Bakı Şəhər Halqasından biletlərin qiyməti ilə bağlı AÇIQLAMA » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, İdman, Avto

Bakı Şəhər Halqasından biletlərin qiyməti ilə bağlı AÇIQLAMA

Bakı Şəhər Halqasından biletlərin qiyməti ilə bağlı AÇIQLAMA


Dünən bəzi saytlarda Bakıda ilk dəfə keçiriləcək 2016 Formula 1 Avropa Qran Prisinə biletlərin qiymətlərində bahalaşmanın olduğuna dair həqiqəti əks etdirməyən məlumat yayılıb.

AzNews.info xəbər verir ki, bununla bağlı təşkilatçılar media nümayəndələrinə açıqkama məktubu ünvanlayıb:

"Bir daha diqqətinizə çatdırmaq istəyirik ki, yarışla bağlı biletlərin qiyməti dollar əsasında təyin olunub və indiyədək həmin qiymətlərdə hər hansı bir dəyişiklik olmayıb.

Məlumat üçün bildirək ki, bilet satışının olduğu sayta -https://tickets.bakucitycircuit.com -Azərbaycan ərazisindən daxil olan istifadəçilərin birbaşa, ancaq imtiyazlı qiymətlərə çıxışı olur. Ölkə xaricindən həmin sayta daxil olanlara isə biletlər tam qiymətdə göstərilir."

Qeyd edək ki, Azərbaycan Respublikası vətəndaşları üçün bilet qiymətlərində xüsusi endirimlər (20-40%) tətbiq edilib və biletlərin qiyməti 19-472 dollar (indiki məzənnə ilə 30 manatdan 750 manata qədər) aralığındadır. 19 dollarlıq bilet yarış məkanına bir günlük, digər bütün biletlər isə 3 günlük giriş icazəsi verir. Üçgünlük biletə sahib olanlar eyni zamanda yarış həftəsonu ərəfəsində keçiriləcək konsert proqramlarında da iştirak edə biləcəklər.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *