Hüseyn Dəryanın heç kimin eşitmədiyi repi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maqazin, Video

Hüseyn Dəryanın heç kimin eşitmədiyi repi – AUDİO

Hüseyn Dəryanın heç kimin eşitmədiyi repi


Məşhur rejissor Kənan.M.M dostu, mərhum reper Hüseyn Dəryanın heç bir yerdə səslənməyən “Rep danışacaq” adlı mahnısını təqdim edib.

Oxu.Az xəbər verir ki, rejissor reperin işıq üzü görməyən treki ilə bağlı bunları vurğulayıb:

“Hüseyn Dəryanın heç bir yerdə olmayan mahnısı - “Rep danışacaq”. Bu repi 2 il saxladım və paylaşmaq qərarına gəldim ki, Hüseyn Dərya unudulmasın. Sanki Dərya aramızdadır və bizə yeni mahnısını təqdim edir”.

Xatırladaq ki, 2014-cü ilin mart ayının 14-də gecə saat 23 radələrində Bakının Xəzər rayonu ərazisində tanınmış reper Hüseyn Dəryanın idarə etdiyi 10 SB 575 dövlət nömrə nişanlı “Opel Astra” markalı minik avtomobili onunla eyni istiqamətdə hərəkət edən “KamAZ” markalı maşına çırpılıb.

Nəticədə ağır xəsarətlər alan Hüseyn Dərya 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.


Mənbə: Oxu.Az - Aytən Sadıqzadə
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *