İmam Hüseyn haqqında yeni film, Azərbaycan dilində – VİDEO+FOTO
İran kinematoqrafları həzrət Əli əleyhissalamın oğlu, 3-cü imam, Hüseyn əleyhissalam haqqında bədii film çəkiblər.
ANS PRESS-in məlumatına görə, ya-ali.ws portalı xəbər verir ki, kino-rejissor Əhməd Rza Dərviş Həzrət İmam Hüseyn (ə) və Kərbəlaya həsr olunmuş yeni "Qiyamət günü" adlı möhtəşəm filmi ərsəyə gətirib.
Yüksək səviyyəli çəkiliş və səs effektləri, eləcə də dinamikası ilə fərqlənən filmdə İranın məşhur aktyorları rol alıblar. Səsləndirilmə Almaniya kinostudiyasında həyata keçirilib.
Qeyd edək ki, filmin Azərbaycan dilində dublyaj işləri də başlayıb və yaxın 2 aya hazır olacaq. Bu barədə "Kainatfilm" studiyasının rəhbəri Süleyman Fərzəliyev bildirib. Filmin Azərbaycan dilinə tərcüməsini Süleyman Fərzəliyev, Könül Cavadova və Təmkin Cəfərov ediblər.
Dublyajda xalq artistləri İlham Əsgərov, Nürəddin Mehdixanlı, Ramil Zeynalov, Mahir Mirişli, Sabir Məmmədov, Vidadi Həsənov, Kazım Abdullayev, Təranə Ocaqverdiyeva, Elşən Rüstəmov, Məmməd Səfa və digərləri iştirak edir.
Dublyajın səs rejissoru Hüseyn Həsənovdur.
Süleyman Fərzəliyevin bildirdiyinə görə, "Qiyamət günü" filmi tərcümə edildikdən sonra Azərbaycan kinoteatrlarında da göstərilməsi nəzərdə tutulub.
Mənbə:> ANSPRESS