Səfirlik Yaponiyada yaşayan azərbaycanlılara müraciət etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Dünya

Səfirlik Yaponiyada yaşayan azərbaycanlılara müraciət etdi

Səfirlik Yaponiyada yaşayan azərbaycanlılara müraciət etdi

Azərbaycanın Yaponiyadakı səfirliyinin məlumatına görə, zəlzələnin baş verdiyi Kumamoto prefekturasında heç bir Azərbaycan vətəndaşı yaşamır və təhsil almır.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın Yaponiyadakı səfirliyinin “Twitter” səhifəsində məlumat verilib.

Səfirlik, həmçinin Yaponiyada yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib.

“Azərbaycan vətəndaşlarının nəzərinə! Kumamoto prefekturasında baş vermiş zəlzələlərlə əlaqədar əraziyə səfər etməyin”, - deyə səfirlikdən bildiriblər.

Qeyd edək ki, son məlumatlara görə, Yaponiyada ardıcıl zəlzələlər nəticəsində 28 nəfər ölüb, 2000-dək insan yaralanıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *