Çin Qran Prisi haqqında 5 maraqlı fakt » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı, İdman, Avto, Foto

Çin Qran Prisi haqqında 5 maraqlı fakt – FOTO

Çin Qran Prisi haqqında 5 maraqlı fakt


Bildiyiniz kimi Formula 1-in növbəti Qran Pri yarışı bu həftə, 15-17 aprel tarixlərində Çində baş tutacaq. 2016-cı il Formula 1 mövsümünün sayca 3-cü yarışı olan Çin Qran Prisinə bu bazar Bakı vaxtı ilə səhər saat 10-da start veriləcək.

Çində nəzərdə tutulan Formula 1 yarışının debütünə ilyarım qalmış, 2003-cü ilin aprelində mühəndis və arxitektorlar qrupu ilk dəfə gələcək trasın tikiləcəyi yerə baş çəkiblər. O zaman heç kim inanmırdı ki, belə böyük bir kompleksi 18 aya tikmək mümkün olacaq, amma çinlilər hamını işə dəqiq yanaşmaları ilə təəccübləndirdilər. Və beləliklə 2004-cü ildən bu günə kimi Çin Qran Prisi keçirilir.

AzNews.info Bakı Şəhər Halqasına istinadən Çin Qran Prisi haqqında 5 maraqlı faktı nəzərinizə çatdırır.

1. Beynəlxalq Şanxay Halqasının arxitektoru Herman Tilkedir. O, çin dilində ŞAN (Şanxay sözünün ilk hissəsi - Yüksək mənasını verir) heroqlifindən istifadə edərək, yaratdığı treklərin bir-birinə bənzəmədiyini bir daha sübut etdi. Trekin tikiləcəyi yer bataqlıq olduğundan, inşaatçılar torpağa təxminən 400 ton poliester tökmək qərarına gəldilər.

Çin Qran Prisi haqqında 5 maraqlı fakt


2. 16 döngə - yeddi sol və doqquz sağ döngə, iki uzun düz yol - ötmək üçün əlverişli trek. Trekin uzunluğu 5.451 km, dövrələrin sayı isə 56-dır.

Çin Qran Prisi haqqında 5 maraqlı fakt


3. 2004-2010-ci illər arasında keçirilən 7 yarışda 7 müxtəlif pilot qalib olub. Bunlar müvafiq olaraq Rubens Barikello, Fernando Alonso, Mixael Şumaxer, Kimi Raykkonen, Luis Hamilton, Sebastian Fettel və Censon Batndır.

Çin Qran Prisi haqqında 5 maraqlı fakt


4. Çin Qran Prisi tarixində ən sürətli dövrə Mixael Şumaxerə məxsusdur. O, 2004-ci ildə dövrəni 1:32.238 dəq. başa vurub. Lakin buna baxmayaraq həmin il Çin Qran Prisi onun üçün uğurlu olmadı. O, yarışı 12-ci yerdə bitirdi.

Çin Qran Prisi haqqında 5 maraqlı fakt


5. Çin Qran Prisində pilotlar arasında 4 dəfə Luis Hamilton (2008, 2011, 2014, 2015), komandalar arasında isə Ferrari 4 dəfə qələbəyə seviniblər (2004, 2006, 2007, 2013).

Çin Qran Prisi haqqında 5 maraqlı fakt

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *