Bu elanı oxuyan xanımların başına min oyun açırlar » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Dünya

Bu elanı oxuyan xanımların başına min oyun açırlar – SOS!

Bu elanı oxuyan xanımların başına min oyun açırlar

Bizlər demək olar ki, hər gün gənc xanımlara xarici ölkələrdə bu cür iş təklif edən cəzbedici elanlara rast gəlirik. Əvvəllər bu tipli elanlar sarı mətbuatın səhifələrində verilirdi. Amma artıq internetin həyatımıza ayaq açmasından sonra gündəmimizi zəbt edən sosial şəbəkələr və internet resurslarında bu tipli cazib elanlar ən bəsit dillə ifadə etsək, xüsusi vurğuyla qeyd edirik ki, ayaq açıb yeriyir. Qadın alveri ilə məşğul olan, onları əxlazsızlıq yuvalarına cəlb edən, bu tip qruplar ancaq 25-28 yaşadək olan, fiziki parametrləri xüsusi standartlara uyğun gələn, gözəl xanımların axtarışındadırlar. Bu tip qruplarla birgə işləyən şəbəkələr isə qondarma adlarla işə düzəltmə firmaları, şirkətləri yaradaraq xüsusi qruplarla bu istiqamətdə fəaliyyət göstərirlər. Bəzən istəyərək, bəzənsə istəməyərək onların toruna təəssüflər olsun ki, gənc qızlar düşürlər. Ölkədən çıxarılaraq bataqlıq yuvasına düşürülən gənc qızlar ciddi problemin içərisində olduqlarını anlayanda isə artıq çox zaman gec olur…

Fahişəliyə cəlb olunmaq üçün, qadın alveri məqsədi ilə Azərbaycandan gənc qadınlar əsasən Türkiyəyə, Dubaya, İrana və ərəb ölkələrinə aparılırlar. Aparılan müşahidələr də onu göstərir ki, bu halların əksəriyyəti insanların savadsızlığından, nəzarətsizlikdən, firma, şirkət adı altında bu istiqamətdə qanunsuz fəaliyyət göstərən şəbəkələrin, qrupların əl-qol açaraq rahatca işləmələrinə münbit şərait olduğu üçün işlərini reallaşdıra bildiklərindən baş verir.

İnsan alveri cəmiyyət üçün kifayət qədər ciddi strateji məsələdir. Bunun bir qolu olan qadın alveri isə üzərində ciddi nəzarət mexanizmlərinin mövcudluğunu tələb edən bir sahədir. Bu sahədə son illərdə movcud qanunvericiliyə dəyişikliklər edilib. Hokumət strukturlarında müvafiq idarələr yaradılıb. Bu işə nəzarət edəcək bəzi strukturlar təsis edilib, formalaşdırılıb. Amma situasiyanın köklü dəyişdiyini demək çətindir. Çünki ölkədən hələ də gənc xanımlar qanunsuz yollarla çıxarılmaqda, fahişəliyə cəlb edilməkdə, insan alverinin qurbanına çevrilməkdədirlər. Hələdə fahişəxanalarda xarici ölkələrdə fəaliyyət göstərən fahişəxanalarda istismar minlərlə azərbaycanlı qadınlar var…

Və çox təəssüflə qeyd edirik ki, bu xarakterli fəaliyyət göstərən qruplar, şəbəkələr isə öz işlərinə davam etməkdədirlər. Cəmiyyət və onlara nəzarət etməli olan aidiyyəti səlahiyyətli orqanlar isə sanki bu işləri görmürlər. Və ya tətbiq edilən mübarizə üsulları, metodları zəifdir. Bu cür hallar, fəaliyyətlərin mövcuduğu və baş verənlərə qarşı mübarizə tətbiqi o zaman gündəmə gəlir ki, qadın alveri məsələsi ilə, qadınların fahişəliyə cəlb edilməsi ilə bağlı hansısa faktlar gündəmə gəlir. Bir sıra hallarda yalnız o zaman səlahiyyətli orqanlar hərəkətə keçirlər.

Bəs bu tipli fəaliyyət göstərən şəbəkələrə nəzarət necə həyata keçirilməlidir? Onlara qarşı hansı səviyyədə və necə mübarizə aparılmalıdır? Hadisələrin gedişatında müdaxilə metodları necə tənzimlənməlidir ki, gənc xanımlar insan alveri, fahişəliyin qurbanlarına çevrilməsinlər?

Hüquqşünas Fuad Ağayev sözügedən problemlərlə bağlı AZXEBER.COM-a fikirlərini açıqlayarkən bildirdi ki, bu tip məsələlərlə əlaqədar yaılan məlumatlar, elanlar təbii ki araşdırılmalıdır: “Sosial şəbəkələrdə, KİV-lərdə bu məqsədli yayılan elanlardan sonra baş verən hansısa faktlar təsdiqini tapdıqda sübut rolunu oynaya bilər. Real faktlar baş verməyənə qədər nəzarət mexanizminin reallaşdlırılması senzuraya gətirib çıxarır. Hüquq-mühafizə orqanlarının öz iş üsulları var, o cümlədən, məxfi üsulları var. Bu üsullardan həm də profilaktik məqsədlərlə istifadə oluna bilər”.

Hüquqşünasın da qeyd etdiyi kimi, cinayət hadisələrinin baş verməsi, qanunsuz şəbəkələrin fəaliyyəti nəticəsində qadınların fahişəliyə cəlb olunması, insan alverinin qurbanlarına çevrilməsi hallarının qarşısının əvvəlcədən almaq istiqamətində movcud sistemdə boşluqlar mövcuddur. Hazırda bir çox xarici ölkələrdə qurban həyatı yaşayan, qanunsuz fahişəlik yuvalarının əlində qalan vətəndaşları xilas etmək üçün qurbanların xilas işinin startını burda başlamaq lazımdır. Xaricdə bu şəxslərlə bağlı real hadisələr, cinayət faktları baş verəndən sonra deyil. Hadisələri bir qədər soyuq başla, həssaslıqla izləyəndə, müşahidə edəndə qurbanların qurbanlıqlarının start nöqtəsinin məhz burda başladığını görmək bir o qədər də çətin deyil.

Düşünməyə dəyər…

Mənbə: AZXEBER.COM
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *