Metroda saxlanılan belaruslu ilə bağlı qərar qəbul edildi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

Metroda saxlanılan belaruslu ilə bağlı qərar qəbul edildi

Metroda saxlanılan belaruslu ilə bağlı qərar qəbul edildi


Nərimanov Rayon Məhkəməsində Bakı metrosunda saxlanılan Belarus vətəndaşı Sergey Timofeyeviç İlyevski barəsində həbs qətimkan tədbiri seçilib.

AzNews.info xəbər verir ki, Report-un əldə etdiyi məlumata görə, məhkəmə Sergey İlyevski barəsində iki ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.

Qərardan narazı qalan Belarus vətəndaşı apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, martın 25-i saat 01.30 radələrində Daxili İşlər Nazirliyinin (DİN) Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən paytaxtın Nəsimi rayonunda Bakı Metropoliteninin havalandırma sisteminin borusu ilə həmin obyektə keçmək üçün orada olan dəmir barmaqlıqları xüsusi alətlə kəsmək istəyən Belarus Respublikasının vətəndaşı Sergey Timofeyeviç İlyevski saxlanılıb.

Hadisə yerindən metroda istifadə edilən bir ədəd qapı açarı, əlcək, alın fənəri, müxtəlif uzunluqda iki kəndir, 10 ədəd boya balonu, 12 ədəd rəng püskürən balon başlığı, “Nikon” markalı dayağı olan fotoaparat, başa bərkitmə mexanizmli “Sony” markalı videokamera götürülüb. S.İlyevskinin üzərinə baxış nəticəsində onun Tbilisi, Yerevan metro stansiyalarında və depolarında çəkdiyi şəkillər, bu obyektlərin, eləcə də Bakı Metropoliteninin sxemi, mobil telefon və pul aşkarlanıb.

Belarus Respublikasının Azərbaycandakı səfirliyi əməkdaşlarının yaxından iştirak etdiyi ilkin araşdırma zamanı S.İlyevski havalandırma sisteminin borusunda olan dəmir barmaqlıqları kəsməklə metropolitenin tunelinə daxil olmaq və divarlara qraffiti üslubda rəsmlər çəkmək istədiyini bildirib. Bununla belə, S.İlyevskinin 2016-cı il mart ayının 18-də Belarusdan Gürcüstana, iki gün sonra Gürcüstandan Ermənistana getməsi, mart ayının 23-də yenidən Gürcüstana qayıdaraq oradan Azərbaycana gəlməsi müəyyən edilib.

Fakt üzrə zəruri araşdırmalar davam etdirilir.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *