Bakı metrosunda əməliyyat: DİN və Baş Prokurorluq məlumat yaydı » AzNews.info -Xəbər portalı

Bakı metrosunda əməliyyat: DİN və Baş Prokurorluq məlumat yaydı

Bakı metrosunda əməliyyat: DİN və Baş Prokurorluq məlumat yaydı


Bakı metrosunda keçirilmiş əməliyyatla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluq birgə məlumat yayıb.

DİN-in və Baş Prokurorluğunun Mətbuat Xidmətlərindən “Qafqazinfo”ya verilən məlumatda bildirilir ki, 2016-cı il mart ayının 25-i saat 01.30 radələrində Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən paytaxtın Nəsimi rayonunda Bakı Metropoliteninin havalandırma sisteminin borusu ilə həmin obyektə keçmək üçün orada olan dəmir barmaqlıqları xüsusi alətlə kəsmək istəyən Belarus Respublikasının vətəndaşı İlyevskiy Sergey Timofeyeviç saxlanılıb.

Hadisə yerindən metroda istifadə edilən bir ədəd qapı açarı, əlcək, alın fənəri, müxtəlif uzunluqda iki kəndir, 10 ədəd boya balonu, 12 ədəd rəng püskürən balon başlığı, «Nikon» markalı dayağı olan fotoaparat, başa bərkitmə mexanizmli «Sony» markalı videokamera götürülüb. S.İlyevskinin üzərinə baxış nəticəsində onun Tbilisi, Yerevan metro stansiyalarında və depolarında çəkdiyi şəkillər, bu obyektlərin, eləcə də Bakı Metropoliteninin sxemi, mobil telefon və pul aşkarlanıb.

Belarus Respublikasının Azərbaycandakı Səfirliyi əməkdaşlarının yaxından iştirak etdiyi ilkin araşdırma zamanı S.İlyevskiy havalandırma sisteminin borusunda olan dəmir barmaqlıqları kəsməklə metropolitenin tunelinə daxil olmaq və divarlara qraffiti üslubda rəsmlər çəkmək istədiyini bildirib.

Bununla belə, S.İlyevskinin 2016-cı il mart ayının 18-də Belarusdan Gürcüstana, iki gün sonra Gürcüstandan Ermənistana getməsi, mart ayının 23-də yenidən Gürcüstana qayıdaraq oradan Azərbaycana gəlməsi müəyyən edilib.

Fakt üzrə zəruri araşdırmalar davam etdirilir.

Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 14 aprel 2017 10:34
  • Yazan: ovime
L’orologio si presenta come un semplice ed elegante cronografo con cassa in imitazioni rolex titanio. Invece all’interno troviamo uno modello super tecnologico, capace di connettersi agli orologi replica italia smartphone, grazie all’utilizzo di un Bluetooth a basso consumo energetico con movimento SuperQuartz™; gli orologi sono stati orologi repliche ideati e realizzati in svizzera.

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *