Roma papasından miqrantlara yardım çağırışı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Dünya

Roma papasından miqrantlara yardım çağırışı

Roma papasından miqrantlara yardım çağırışı


Katolik dünyasının ruhani lideri papa Franksis Romada ənənəvi Pasxa xütbəsində miqrantlara yardım etməyənləri tənqid edib. ANS PRESS-in məlumatına görə, Roma papası miqrantların tez-tez yardım imkanı olanlar tərəfindən rədd edildiyini bildirib.

Ruhani lider iradlarını martın 27-də xristian dünyasının qeyd etdiyi Pasxa günü həyata keçirdiyi çıxışında ifadə edib.

Bu münasibətlə xütbə oxuyan papa Franksis bütün xristianları qorxmamağa və pessimist olmamağa dəvət edib.

"Qaranlıq və qorxunun bizi çaşdırmasına və ürəklərimizi nəzarət etməsinə izn verməyək."

Daha sonra dini lider Brüsseldə baş vermiş terror hadisələrini də pisləyib.

Papa Vatikandakı Müqəddəs Pyotr Basilika məbədinə təkcə bir şamla daxil olub. O mehraba çatan kimi projektorla simvolik olaraq İsa Peyğəmbərin dirilməsi səhnəsi göstərilib.

"Bu gün ümidlərimizin bayramıdır. Bu gün elə vacibdir ki" – deyə papa Francis əlavə edib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *