“Ebru yəqin ki, plan hazırlayıb” - Demet Zərrabın həbsindən danışdı
Türkiyənin məşhur popçusu Demet Akalın “Rəngli səhifələr” proqramında həmkarı Ebru Gündeşə həyat yoldaşı Rıza Zərrabın həbs edilməsi ilə bağlı dəstək olduğunu açıqlayıb.
7News.Az xəbər verir ki, Demek Akalın olaydan sonra Ebru Gündeşlə mesajlaşdığını, yaxın günlərdə onu ziyarət edəcəyini bildirib: “İnsanoğlunun başına hər şey gələ bilir. O qədər üzücü bir xəbərdir ki, haqqında danışmaq bizə düşməz. Ebru yəqin ki, bir plan hazırlayıb. Bəlkə də bunları düşünə bilmir, ruh halından xəbərsizəm. Ebru Alaranı Türkiyəyə gətirmək üçün Amerikadan qayıdıb, amma yenə oraya gedəcək. Belə bir olayın insanın başına gəlməsi qorxuncdur. Mən hər zaman həyat yoldaşımın arxasındayam, o da mənim arxamdadır”- deyə vurğulayıb.
Mənbə:> 7news.az