Yaponiyanın rəmzi sayılan sakura çiçək açıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı

Yaponiyanın rəmzi sayılan sakura çiçək açıb

Yaponiyanın rəmzi sayılan sakura çiçək açıb


Yaponiyada martın 19-da ölkənin rəmzi hesab edilən sakuranın çiçəkləmə mövsümü başlayır.

Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Milli Meteoroloji İdarənin məlumatına görə, ilk çiçəklər Fukuoka şəhərində açıb.

Çiçəkləmə dövrü ötən ildən iki gün öncə başlayıb. Meteoroqlar bunu isti hava ilə əlaqələndirirlər. Son günlərdə temperatur 20 dərəcədən artıq olub. Sakuraya, martın əvvəlindən albalı ağaclarının yoxlamalarını aparan Yaponiyanın Meteoroloji İdarəsinin inspektorları nəzarət edir.

Yaponlar sakuranı ölkənin rəmzi hesab edirlər, onun çiçəkləri isə ölkənin qeyri-rəsmi gerbidir. Uzaq şərq albalısının tam çiçəkləməsi aprel ayının ortalarına təsadüf edir.

Sakura haqqında ilk məlumat ədəbiyyatda 712-ci ildə olub. Yaponiyada beş əsas növü və 200-ə yaxın hibrid növü mövcuddur.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *