Erməni mətbuatı həyəcan təbili çaldı - VİDEO
Bu gün Ermənistanda noyabrın 12-si Azərbaycan səmasında vurulan Ermənistan Silahlı Qüvvələrinə aid helikopterin pilotlarının dəfn mərasimi təşkil edilib.
ANS TV-nin məlumatına görə, Ermənistan helikopterin partlaması nəticəsində ölən pilotlarının dəfn mərasimini təşkil edib. Lakin pilotların əvəzinə tabutların içərisində kimin meyitlərinin olması sual doğurur. Ermənistan tərəfi yalnız bir nəfərin meyitini əks etdirib hansı ki, mütəxəssislərin fikrincə, “Mi-24” döyüş helikopterinin partlamasından və yerə çırpılmasından sonra oradakı cəsədlərin heç bir cəhətdən ictimaiyyətə göstəriləsi halda olması mümkün deyil.
Vurulmuş helikopter mövzusu erməni nəşrlərinin gündəmindən düşmür. Bu gün onları düşündürən odur ki, niyə beynəlxalq ictimaiyyət bu hadisəyə belə soyuq yanaşır? Bəzi erməni politoloqlar bunu Qərbin müttəfiqi Türkiyəyə görə belə etməsilə, ikincisi isə rəsmi İrəvanın Avropadan üz çevirərək Avrasiya İttifaqına qoşulması ilə izah etməyə çalışırlar. Suallar çoxdu. Amma kimsə sual vermir ki, həmin helikopter Azərbaycan torpağında nə gəzirdi? Həm də təlim-məşq uçuşları üçün niyə qoşunların təmas xəttinin lap yaxınlığındakı ərazi seçilmişdi? Pilotlar, onları nə gözlədiyini bilməliydi.
Qərb isə növbəti dəfə bəyanatla çıxış edib. Biz tərəfləri diqqəti sülh danışıqları üzərində cəmləşdirməyə çağırırıq. ABŞ Dövlət departamentinin nümayəndəsi Cef Ratke deyib ki, bu insident və onun nəticələri bir daha Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini tapmağın nə qədər zəruri olduğunu göstərir: "Biz tərəfləri təmkin nümayiş etdirməyə, vəziyyəti gərginləşdirən addımlardan çəkinməyə çağırırıq. Həmsədr ölkə kimi ABŞ tərəflərə kömək etməyə hazırdır”.
Mənbə:> ANS PRESS