Ən yaraşıqlı cinayətkar azadlığa çıxdı
Öz xarici görünüşü ilə internetin qadın istifadəçilərinin qəlbini fəth etmiş ən yaraşıqlı cinayətkar azadlığa çıxıb.
Oxu.Az xəbər verir ki, bu barədə “New York Daily News” məlumat yayıb.
Nəşrin məlumatına görə, Ceremi Miks azadlıqda model biznesi ilə məşğul olmağı planlaşdırır.
Miks odlu silahın qanunsuz saxlanılması üzrə həbs cəzası çəkirdi, amma bu ona ən iri model agentliklərindən biri ilə müqavilə bağlamağa mane olmayıb.
Miks, şəkli Stokton şəhərinin polis bölməsinin Facebook səhifəsində paylaşıldıqdan sonra məşhurlaşdı. Şəkili 100 mindən çox istifadəçi bəyənib, 12,8 min dəfə yenidən paylaşılıb, şərhlərin sayı isə təxminən 27 minə çatıb.
Mənbə:> Oxu.Az