Vətəndaşları evlənmək vədi aldadan azərbaycanlı qadınlar həbs edildi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal

Vətəndaşları evlənmək vədi aldadan azərbaycanlı qadınlar həbs edildi

Vətəndaşları evlənmək vədi aldadan azərbaycanlı qadınlar həbs edildi


Türkiyənin Karabük bölgəsində 88 yaşındakı Niyazi Yalçını evlənmək vədi ilə aldadaraq 10 min lirəsini alan Azərbaycan vətəndaşları - 55 yaşlı Natalya M. və 43 yaşlı Samira B. saxlanılıb.

AzNews.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, qadınlar televiziya proqramına çıxdıqdan sonra polis tərəfindən həbs ediliblər. Onlar polisdən qaçmağa çalışsalar da, tutularaq istintaqa cəlb olunublar.

Məhkəmə tərəfindən barələrində həbs qətimkan tədbiri seçilən qadınlar Karabük T tipli qapalı cəzaçəkmə müəssisəsinə göndəriliblər.

Azərbaycan vətəndaşları olan qadınlar ittihamları qəbul etməyiblər. Onların iddiasına görə, əslində Niyazi Yalçının övladları onun pulunu mənimsəmək istəyiblər və günahı da onların üstünə atırlar.

Polis əməkdaşlarının araşdırmalarına görə, qadınlar eyni üsulla Ankara, Çorum, İzmir, Niğde kimi bir çox bölgələrdə yaşlı insanları evlənmək vədi ilə aldadıb.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *