İlkin Həsəni: “Hədiyyə almağa gücüm çatmasa da...” – FOTO
Qadınların sevimli kişi obrazlarından olan İlkin Həsəni 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə PrimeTime.Az-ın fotolayihəsində iştirak edib.
"Mənim üçün 8 mart məktəb vaxtlarından özəl bayramlardan biridir. Məktəb vaxtı hədiyyə almağa gücüm çatmasa da, müəllimələrin öyrətdiyi açıqcalardan hazırlayaraq anamı təbrik edirdim. O bayramı uşaq vaxtından həyəcanla gözləyirdim , çünki gecə saatlarında tarix 8 martı göstərəndə böyük həvəslə hazırladağım açıqcanı anama hədiyyə edirdim. Anam bugünə qədər həmin açıqcaları qoruyub saxlayır. İndi əlbəttə ki, hədiyyələr dəyişib. Gül və parfümdən başqa, ehtiyac olan nə varsa bacardığım qədər hədiyyə edirəm. Təbrik edəcəyim xanımlar siyahısında anam, bacım, bacımın qızı Nigar və sevdiyim xanım var"-deyə İlkin danışıb.
Mənbə:> PrimeTime.az