İlkin Həsəni ANS-i təhqir etdi – VİDEO+FOTO
ANS TV-nin “Xəbərçi” informasiya proqramında ATV-nin aparıcısı Mətanət Əliverdiyeva haqda sujet yayımlanıb.
Oxu.Az xəbər verir ki, müəllifi Ləman Ələşrəfqızı olan həmin materialda ATV-nin efirində aparıcı tərəfindən yanğınla bağlı səslənən fikirlər sərt tənqid edilib.
Aparıcının “Biz o faciəni lap belə faciə etməməliyik. Oldu, elə bil bir külək idi, bir şey idi, bir film idi baxdıq, getdi” sözləri ilə bağlı hazırlanan materialı təqdim edilib.
Atv-nin aparıcısı İlkin Həsəni olanlara biganə qalmayaraq ANS-ə sosial şəbəkə vasitəsilə ismarış göndərib:
“14 ildir TV-də işləyirəm, bu 14 ildə çox şey gördüm, amma bir telekanalın digərinə qarşı etdiyi belə bir şərəfsizliyi görmədim! Bəs, hanı sizin jurnalist həmrəyliyiniz, hanı dəqiqliyiniz,qərəzsizliyiniz? Başa düşürəm TV adlandırdığınız o konslagerinizdə bəzi işçilərinizin qədrini bilmədiniz,onlar ATV-yə gəldi, hörmət, azadlıq və yüksək maaş gördü, amma belə etməməli idiniz! Bu gün siz, rəsmən ATV kanalına efir müharibəsi elan etdiz!”.
Post by aznews.info.
Mənbə:> Oxu.Az