Mətanət üzr istədi və yenə ağladı: "Mənim özüm övladımı itirmişəm" – VİDEO
Teleaparıcı Mətanət Əliverdiyevanın səsləndirdiyi “Biz o faciəni lap belə faciə etməməliyik. Oldu, elə bil bir külək idi, bir şey idi, bir film idi baxdıq, getdi” sözləri sosial şəbəkələrdə birmənalı qarşılanmayıb və teleaparıcı tənqid hədəfinə çevrilib.
AzNews.info xəbər verir ki, aparıcı "Gündəlik" verilişinin bugünkü buraxılışını bu mövzuyla açıb. Sözlərinin düzgün anlaşılmadığını və bəzilərinin də fürsətdən istifadə edərək bundan şou düzəltdiyini, yozulduğunu deyib. "Mən qeyd edəndə ki, "insanın gözünün qarşısından bir lent kimi, film kimi gəldi keçdi" - bu fikirimi bəzi insanlar başqa yerlərə yozdular və hər yerə yaydılar. Mən elə bir insanam ki, balaca bir uşaqdan da üzr istəməyi bacarıram. Evdə öz övladım da məndən küsəndə mən ondan üzr istəyirəm. Bəzi insanlar həssas məqamlar yaşayan faciə qurbanlarının durumundan istifadə edib, mənim bu sözlərimi əsas gətirərək onlar da qıcıq yaratdılar. Həqiqətən də buna dəyməzdi. Mən gərək daha diqqətli olardım. Biləydim ki, hadisəni necə deməliyəm. Fikirimi elə əsaslandırmalıydım ki, heç kimdə qıcıq yaranmasın. Təəssüf, oldu...Faciəni hamımız yaşamışıq, mən də övlad itirmişəm və bunu indiyədək heç kim bilmir, bunu indi açıqladım. Yəni mənim qeyrətim o qədər kasad oldu ki, kiminsə xətrinə dəydim?!" deyərək övladını itirdiyini etiraf edən aparıcı üzr istəyib və göz yaşlarını saxlaya bilməyib.
AzNews.info həmin kadrları təqdim edir:
Post by aznews.info.
Mənbə:> AzNews.info