Bülənt Ərsoydan Xoşqədəmə: Gəlin xanım, səndən incimişəm – VİDEO
Telejurnalist Xoşqədəm Hidayətqızı və həyat yoldaşı, türkiyəli müğənni Doğuş Kanal D-də yayımlanan “Renkli sayfalar” verilişində qonaq olub.
Oxu.Az xəbər verir ki, aparıcı hamiləliyi haqqında ilk dəfə danışıb:
“Bir dəfə halım pisləşdi, xəstəxanaya getdik. Qan analizi götürdülər. Səhəri gün evə gəldik. Doğuş ağlaya-ağlaya otağa daxil oldu. Analizlərin cavabının pis olduğunu düşündüm. Xərçəng olduğumu fikirləşdim. Doğuş dedi ki, övladımız olacaq”.
Daha sonra verilişə telefon əlaqəsi ilə qoşulan türkiyəli müğənni Bülənt Ərsoy “gəlin xanım, səndən incimişəm. Həyat yoldaşın məni niyə toya çağırmadı?” deyib.
X.Hidayətqızı cavabında “uşaqlarımız dünyaya gələndə, sizi dəvət edəcəyik” deyib.
Qeyd edək ki, cütlüyün əkiz övladı dünyaya gələcək.
Mənbə:> Oxu.Az