Gömrükdə əməliyyat: 20 400 ədəd siqaret götürüldüMinik avtomobilə baxış keçirilib. » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal

Gömrükdə əməliyyat: 20 400 ədəd siqaret götürüldüMinik avtomobilə baxış keçirilib. – FOTO

Gömrükdə əməliyyat: 20 400 ədəd siqaret götürüldüMinik avtomobilə baxış keçirilib.


Külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük postunda İran İslam Respublikasından Azərbaycana gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi minik avtomobilinə baxış keçirilib.

Baxış zamanı avtomobilin yük yerindəki xüsusi rezin üstlüyün altından gömrük nəzarətindən gizlədilən, üzərində “Meqan” sözləri yazılı hər birində 10 qutu olmaqla 50 blok, həmin avtomobilin arxa buferinin altındakı boşluqdan gömrük nəzarətindən gizlədilən hər birində 10 qutu olmaqla 21 blok, avtomobilin salonundakı ön şitin altından hər birində 10 qutu olmaqla 8 blok, mühərrik yerindəki boşluqlardan isə hər birində 10 qutu olmaqla 23 blok üzərində “D@J” yazısı olan siqaretlər aşkar edilib.

Ümumilikdə avtomobildən gömrük nəzarətindən gizlədilərək qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməyə cəhd göstərilən 2 adda 20 400 ədəd siqaret aşkar edilərək götürülüb.

Gömrükdə əməliyyat: 20 400 ədəd siqaret götürüldüMinik avtomobilə baxış keçirilib.
Gömrükdə əməliyyat: 20 400 ədəd siqaret götürüldüMinik avtomobilə baxış keçirilib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *