"I könüllülük Qış Məktəbi”nin bağlanış mərasimi keçirilib » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Təhsil, Gənclik, Foto

"I könüllülük Qış Məktəbi”nin bağlanış mərasimi keçirilib – FOTO

"I könüllülük Qış Məktəbi”nin bağlanış mərasimi keçirilib


Gəncə Avropa Gənclər Paytaxtı 2016 GDU tələbələrinin I könüllülük Qış Məktəbi”nin bağlanış mərasimi keçirilib.

AzNews.info xəbər verir ki, Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Dövlət Universiteti, şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə "Gəncə Avropa Gənclər Paytaxtı 2016 GDU tələbələrinin I Könüllülük Qış Məktəbi"nin bağlanış mərasimi keçirilib. Bağlanış mərasimində GDU-nu prorektoru Asif Cavadov, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, Gəncə şəhər İcra hakimiyyətinin KİV-lərlə iş üzrə İctimai-siyasi və humanitar şöbənin baş məsləhətçisi Kənan Məmmədov və başqaları iştirak ediblər.

GDU-nu prorektoru Asif Cavadov çıxış edərək bildirib ki, doğrudan da, seçilən 41 nəfər bu layihənin reallaşmasında özlərinin üzərinə düşən vəzifəni müvəffəqiyyətlə yerinə yetiriblər. Əlavə edib ki, bir məsələni gənclərin nəzərinə çatdırmaq istəyirəm ki, biz bu cür layihələrin reallaşması istiqamətində sizlərin köməyilə bundan sonra da çalışacağıq.

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov tələbələri təbrik edib və gələcək işlərində uğurlar arzu edib. Bildirib ki, bu kimi layihələr davamlı olaraq keçiriləcəkdir. Belə layihələr keçirildikcə gənclərin öz kariyeralarını, gələcəklərini müəyyənləşdirməyə kömək edəcək.
Sonda tələbələr sertifikatlarla mükafatlandırılıb.

"I könüllülük Qış Məktəbi”nin bağlanış mərasimi keçirilib
"I könüllülük Qış Məktəbi”nin bağlanış mərasimi keçirilib
"I könüllülük Qış Məktəbi”nin bağlanış mərasimi keçirilib
"I könüllülük Qış Məktəbi”nin bağlanış mərasimi keçirilib
"I könüllülük Qış Məktəbi”nin bağlanış mərasimi keçirilib

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *