Deputat: Bakıda bazarlar ləğv edilməlidir
“Həmin yer daha təmiz olur”.
Hesab edirəm ki, Bakıda “Təzə bazar”ı şərq üslubuna uyğun olaraq yenidən qurub saxlamaqla qalan bazarları ləğv etmək lazımdır.
Oxu.Az xəbər verir ki, bu sözləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini, millət vəkili Eldar Quliyev AzVision.az-a müsahibəsində bildirib.
“Onların yerində marketlər tikilməlidir. Xaricdə supermarektlərin birinci mərtəbəsində kənd təsərrüfatı məhsulları satırlar. Həmin yer daha təmiz olur, bütün avadanlıqlarla təmin olunur və məhsul da təzə qalır”, - deyə deputat qeyd edib.
O, həmçinin qeyd edib ki, yaxın 10 il ərzində kənd təsərrüfatı məhsullarının əksəriyyəti ilə özümüzü təmin edə və məhsuldarlığı artıra bilərik.
Mənbə:> Oxu.Az