Daha bir deputat 30 min iş yerinin bağlanmasından danışdı
“30 min iş yerinin bağlanması çox ciddi məsələdir. Dövlət başçısı da bunu ötən gün iclasda qeyd etdi. Hesab edirəm ki, bunun səbəbləri araşdırılıb cəmiyyətə təqdim edilməlidir”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri millət vəkili Musa Quliyev büdcə müzakirlərində çıxışı zamanı səsləndirib.
O qeyd edib ki, bu qədər iş yerinin bağlanması o deməkdir ki, insanların dövlətin yardımına ehtiyacı yaranacaq: “Bu da dövlət üçün əlavə yük deməkdir.Bunlar təhlil edilməlidir. İnsanlar eyni zamanda hansı sahədə iş yerlərinin bağlanmasını barədə məlumatlandırılmalıdır”.
Mənbə:> Qafqazinfo.az