Berlin muzeyinin direktoru nazirlə görüşdü » AzNews.info -Xəbər portalı

Berlin muzeyinin direktoru nazirlə görüşdü – FOTO

Berlin muzeyinin direktoru nazirlə görüşdü


Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Berlin Erkən və Qədim Dövr Tarixi Muzeyinin direktoru Mattias Vemhoffun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Nazir Əbülfəs Qarayev ümumilikdə Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın mövcud səviyyəsindən razılığını ifadə edərək, gələcəkdə əlaqələrin daha da genişləndirilməsinin vacibliyini qeyd etdi.

AzNews.info xəbər verir ki, Azərbaycanın təşəbbüsü ilə 2016-2017-ci illərdə YUNESKO-nun yubileylər proqramı çərçivəsində təşkilatın baş qərargahında Cənubi Qafqazda alman yaşayış məntəqələrinin salınmasının (1817) 200 illik yubileyinin qeyd ediləcəyini bildirən nazir Əbülfəs Qarayev bu hadisənin iki xalq arasında olan münasibətlərin qədimiliyinin göstəricisi olduğunu bildirdi.

Görüşdə iki xalqın mədəniyyətində müəyyən əlaqələrin müxtəlif sahələrdə əks olunduğu vurğulanmış və əməkdaşlığın bundan sonra da inkişafına inam ifadə edilmişdir.

Berlin Erkən və Qədim Dövr Tarixi Muzeyi ilə Azərbaycan mütəxəssisləri ilə birlikdə Xocalı Gədəbəy arxeoloji mədəniyyətinin tədqiqi mövzusuna toxunan Əbülfəs Qarayev ölkəmizin işğal altında olan ərazilərində məhv edilən abidələr barədə qonaqlara məlumat vermiş, nümayəndə heyətinin səfərinin məhz Xocalı soyqırımının ildönümü ərəfəsinə təsadüf etdiyini qeyd etmişdir. Xocalı Gədəbəy arxeoloji mədəniyyəti coğrafiyasının bir hissəsinin Ermənistan tərəfindən işğal edilmiş əraziləri əhatə etdiyindən tədqiqat işlərinin aparılmasına müəyyən çətinliyin olacağı bildirilmişdir.

Mattias Vemhoff Azərbaycanda ilk dəfə olduğunu vurğulayaraq bu ölkədən və xalqın qonaqpərvərliyindən məmnunluğunu ifadə edərək səmimi qəbula görə Nazir Əbülfəs Qarayevə özü və rəhbərlik etdiyi Muzey adından dərin təşəkkürünü bildirdi.

Görüşün sonunda gələcəkdə Azərbaycan İncəsənət İnstitutu ilə Almaniyanın Berlin Milli Muzeyi arasında Niyyət Protokolunun imzalanması barədə razılıq əldə olunmuşdur.

Berlin muzeyinin direktoru nazirlə görüşdü
Berlin muzeyinin direktoru nazirlə görüşdü
Berlin muzeyinin direktoru nazirlə görüşdü

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *