“Azəryolservis”: 14 500 ağac əkildi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Foto, Video

“Azəryolservis”: 14 500 ağac əkildi – VİDEO+FOTO

“Azəryolservis”: 14 500 ağac əkildi


22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı münasibəti ilə “Azəryolservis” ASC-nin kollektivi tərəfindən bu dəfə Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 62-65-ci kilometrlik ərazisində hər iki istiqamət üzrə olan mühafizə zolaqlarında ağacəkmə aksiyası keçirilib.

Qurumdan Oxu.Az-a verilən məlumata görə, ekoloji balansın bərpası, təbii mühitin qorunması, atmosferin oksigenlə zənginləşdirilməsi məqsədi ilə keçirilən aksiyada “Azəryolservis”in sədri Saleh Məmmədov və cəmiyyətin digər rəhbər şəxsləri də yaxından iştirak ediblər.

“Azəryolservis” ASC-nin 150-ə yaxın işçisinin və 10 ədəd maşın-mexanizmin cəlb edildiyi aksiya zamanı 160 min kvadrat metr ərazi kənar əşyalardan təmizlənib, hamarlanıb və ağacların əkilməsi üçün hazır vəziyyətə gətirilib. Daha sonra quyular qazılıb və ağaclar əkilib. Əkilən ağaclar üzvi gübrə verilərək suvarılıb. Aksiya zamanı 14 500 ədəd eldar şamı, küknar, zeytun, çinar, iydə, nar, akasiya, qarağac və palıd əkilib. Əkilən ağaclar Cəmiyyətin Yol Yaşıllaşdırma MMC-lərinin tinglik sahələrində yetişdirilib.



Qeyd edək ki, “Azəryolservis” ASC-nin Yol Yaşıllaşdırma MMC-ləri 1551 km magistral və 1829 km respublika əhəmiyyətli olmaqla, ümumilikdə 3380 km avtomobil yolunun təhkim zolaqlarındakı yaşıllıqlara xidmət göstərir.

2015-ci il ərzində 254 894 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilib. Hazırda avtomobil yollarının mühafizə zolağında 1 092 300 ədəd ağac və kol bitkisi mövcuddur.

“Azəryolservis”: 14 500 ağac əkildi
“Azəryolservis”: 14 500 ağac əkildi
“Azəryolservis”: 14 500 ağac əkildi
“Azəryolservis”: 14 500 ağac əkildi
“Azəryolservis”: 14 500 ağac əkildi
“Azəryolservis”: 14 500 ağac əkildi
“Azəryolservis”: 14 500 ağac əkildi
“Azəryolservis”: 14 500 ağac əkildi

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *