Azərbaycanlı qız “İşte benim stilim”də davayla başladı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maqazin, Dəb, Media, Video

Azərbaycanlı qız “İşte benim stilim”də davayla başladı – VİDEO

Azərbaycanlı qız “İşte benim stilim”də davayla başladı


TV 8-də yayımlanan “İşte benim stilim” dəb müsabiqəsinə daha bir azərbaycanlı qatılıb.

AzNews.info-nun Qafqazinfo-ya istinadən məlumatına görə, Ayşən Ocaqverdiyeva 5 ildir Türkiyədə yaşadığını, burada təhsil aldığını vurğulayıb:

“Təhsilimi yeni bitirmişəm. İşləmirəm, 5 ildir ki, İstanbuldayam. İndi sevdiyim bir işi etmək istəyirəm, butik açmaq fikrindəyəm. Modaya marağım var”.

Elə ilk verilişdə azərbaycanlı iştirakçı ilə Bahar arasında kiçik qalmaqal yaşanıb. Ayşən verilişdə kinayəli şəkildə Baharı çox sevdiyini, ona hədiyyə gətirdiyini bildirib. Aparıcı Öykü Serter isə Ayşənin gətirdiyi güzgü və salfetkadan ibarət hədiyyəni Bahara təqdim edib.

Dahga sonra Ayşən niyə bu hədiyyəni seçdiyini açıqlayıb. O, Baharın dodaq boyasının çox olduğunu, güzgüyə baxaraq dodaq boyasının azaltmasını məsləhət görüb.

Münsif kürsüsündə əyləşən Hakan Akkaya, İvana Sert və Nur Yerlitaş Ayşənin geyim tərzini bəyənərək müsabiqəyə qəbul ediblər.

Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *