Tərcümənin çətinliyi rusiyalı turisti tayland bazarında qulaqsız qoydu
Taylandın Pxuket vilayətində rusiyalı turist bazarda balıq alveçisi ilə davada xəsarət alıb.
AzNews.info Lenta.ru-ya istinadən xəbər verir ki, Mixail adlı Rusiya vətəndaşı bazarda 400 bata (təxminən 18 manat) balıq alıb və 1000 batlıq əskinas verib.
Satıcının xırda pulu olmayıb, lakin Mixail hesab edib ki, onu aldatmaq istəyirlər və taylandlı alverçi ilə yüksək səslə danışaraq, ona qarşı hörmətsizlik etməyə başlayıb. Mübahisə davaya keçib, Mixail satıcını itələyib, o isə cavabında bıçaqla hücum edərək rusiyalı turistun sol qulağını kəsib və sağ gözünü zədələyib.
Yaralını xəstəxanaya çatdırıblar. Polis hadisəni araşdırmağa başlayıb.
İstintaqın versiyasına əsasən, mübahisəyə iştirakçılar arasında dil baryeri olması səbəb olub - onlar bir-birini başa düşə bilməyiblər.
Mənbə:> Oxu.Az