Şəkidə əxlaqsızlıq yuvası aşkarlandı
Şəki rayonunun Aydınbulaq kənd sakini Habil Mirzəyev qadınları fahişəliyə cəlb edib.
Oxu.Az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, H.Mirzəyev gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etdiyinə və Öryət kəndindəki kafedə əxlaqsızlıq yuvası təşkil etdiyinə görə yanvarın 28-də ŞRPŞ əməkdaşları tərəfindən saxlanılıb.
Mənbə:> Oxu.Az