Bakıda bir küçədə iki fahişəxana aşkarlanıb
Bakıda eyni küçədə iki əxlaqsızlıq yuvası aşkarlanıb.
AzNews.info xəbər verir ki, musavat.com-un əldə etdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Nizami rayonunda bir küçədə iki “priton” aşkarlanıb.
Naxçıvanski küçəsi ev 64-də 1993-cü il təvəllüdlü Fəqan Əzizinin əxlaqsızlıq yuvası təşkil etdiyi müəyyən edilib.
Faktla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Cinayət Məcəlləsinin 244-cü maddəsi ilə cinayət işi başlanılıb.
Nizami rayonu 24-cü Polis Bölməsi tərəfindən araşdırmalar davam etdirilir.
Qeyd edək ki, bir neçə gün öncə də eyni küçədə əxlaqsızlıq yuvası aşkarlanmışdı.
Məlumatda bildirilirdi ki, Naxçıvanski küçəsi 39 ünvanında Salyan rayon sakini 1961-ci il təvəllüdlü Əsmər Kazımovaya məxsus evdə əxlaqsızlıq yuvası aşkarlanıb.
Mənbə:> Musavat.com