Vağzalda faciə: arvad ərinin gözü qarşısında həlak oldu – VİDEO (21+)
Dəmiryol vağzalının perronuna yaxınlaşan qatarın dayanmasına az qalmışdı. Lakin sərnişinlərdən biri tələsib və qatar tam dayanmamış perrona atılıb. Daha sonra o, vaqonun qapısından çantaları götürərək perrona atıb, axırda da arvadının əlindən tutaraq onu vaqondan endirib.
Lakin bu zaman faciə baş verib.
Milli.Az Hindustan Times-a istinadən bildirir ki, olay Hindistanın Mumbay şəhərində baş verib. Ərinin əlindən tutaraq perrona düşən 35 yaşlı Kiran Devi Takorun ayağı sürüşüb və o, vaqonla perronun arasında qalıb. Qadının donunun ətəyi vaqonun dəmirinə ilişmişdi.
Əri onun qolundan dartıb çıxarmağa çalışsa da, bacarmayıb.
Dayanmaqda olan qatar hərəkət etdiyindən qadın vaqonla perron arasında qalıb, aşağı sürüşüb.
Vaqonun təkərləri Kiran Devi Takoru əzmişdi.
Qadın olaydan təxminən 5 dəqiqə sonra keçinib.
Post by aznews.info.
Mənbə:> Milli.az