Magistr hazırlığı qaydasında DƏYİŞİKLİK
Azərbaycanda xüsusi qabiliyyət tələb edən sahələr üzrə magistratura ali təhsil səviyyəsi ilə bağlı istisnalardan biri bu gün qüvvədən düşüb.
AzNews.info-nun APA-ya istinadən məlumatına görə, “Təhsil haqqında” qanuna əsasən bu günə qədər xüsusi qabiliyyət tələb edən və öz хüsusiyyətləri ilə fərqlənən mədəniyyət, musiqi, incəsənət, idman, memarlıq, dizayn və bu kimi digər sahələr üzrə magistr hazırlığı yalnız nəzəri hazırlıq və tədqiqat tələb edən sahələr üzrə həyata keçirilib və bu iхtisasların siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilib.
Azərbaycan prezidenti İlham Əliyevin bu gün təsdiqlədiyi “Təhsil haqqında” qanuna dəyişikliyə əsasən qanunda bununla bağlı maddə ləğv edilib.
Mənbə:> APA