“Azpetrol”da döyülən mühafizəçi: Post-terminalı başıma vurdular » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal, Foto

“Azpetrol”da döyülən mühafizəçi: Post-terminalı başıma vurdular – FOTO

“Azpetrol”da döyülən mühafizəçi: Post-terminalı başıma vurdular


Ötən gün Bakının Tiflis prospektində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsində idmançılar tərəfindən döyülən mühafizəçi Sadiq Bağırov açıqlama verib.

AzNews.info AzVision.az-a istinadən xəbər verir ki, Sadiq Bağırov insidentlə bağlı yeni məlumatlar paylaşıb:

“Gecə saatlarında “Bently” markalı maşın yanacaqdoldurma məntəqəsinə daxil oldu. Sürücü pəncərəni açaraq 100 manatlıq benzin sifariş verdi. Əməkdaşımız onun xahişini yerinə yetirsə də, həmin şəxslər ödəniş etməkdən boyun qaçırdılar.

Mən onlara yaxınlaşıb, nə baş verdiyini soruşdum. Onlardan sayğacda göstərilən məbləği ödəməyi xahiş etdim.

Bu, onların xoşuna gəlmədi. Maşından düşən oğlanlar mənə hücum etməyə başladılar. Post-terminalı götürüb başıma vurdular. Niyə belə elədiklərini soruşsam da, əl çəkmirdilər. Hamı üstümə tökülüb məni döyürdü. Özümü müdafiə edə bilmədim. Onlar çox idi, mən tək.

İşçilər bizi ayırandan sonra, “Bently”dən düşən idmançı əlində silahla iş yoldaşlarımı hədələməyə başladı.

Onlar içkili idilər. Nə danışdıqlarını bilmirdilər. “Bently”nin sürücüsü iddia edirdi ki, guya bizə yüz manat verib. Sürücü qışqırırdı ki, “siz kimsiniz bizi gözlədirsiniz. Hamınızı güllələyərəm, Bakıda heç kim qabağımda dura bilməz. Sizi pulla basdıraram”.

Onları sakitləşdirməyə çalışırdım.

Aramızda mübahisə düşəndən bir neçə dəqiqə sonra əraziyə “Prado” markalı maşın gəldi. Maşından düşən idmançılar da mənə hücum etdi. Təkləmişdilər məni. “Prado”nun sürücüsü işçilərimizi hədələyib, deyirdi ki, onun atası imkanlı adamdı, sizi məhv edərlər. Heç bir səbəb olmadan məni döydülər. Qapalı kəllə-beyin travması almışam. Hazırda müalicələrimi ev şəraitində davam etdirirəm.

Səhv etmirəmsə, “Bently”də 4 nəfər var idi. Maşında iki qız var idi, onlar da içkili idilər. Həmin şəxslər otaqda məni döyəndə qızlar maşından düşüb söyüş söyürdülər. Nəzarət otağını alt-üst etmişdilər.

Mən əziyyətlə çörək pulu qazanıram, onlar harınlamış insanlardır. Onlar kiməsə arxalansalar da, mən dövlətimə, polisə arxalanıram. Heç kim qanundan qaça bilməz.

Onlar özlərinə hörmət qoysaydılar, mənim ünvanıma günahsız yerə nalayiq ifadələr işlətməzdilər.

İxtisasca jurnalistəm. Xəzər universitetinin jurnalistika fakültəsini bitirmişəm. İxtisasımla bağlı iş tapa bilmədiyim üçün mühafizəçi işləyirəm”.

Qeyd edək ki, mətbuatda hadisənin əsas səbəbkarı olan İsa Əzizovun Azərbaycan Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri, general-leytenant Məhərrəm Əliyevin qardaşı oğlu olması ilə bağlı məlumatlar yayılıb.

Məhərrəm Əliyevin qardaşı, deputat Adil Əliyev mətbuat açıqlamasında İsa Əzizovun qohumu olduğunu təsdiqləyib.

“Azpetrol”da döyülən mühafizəçi: Post-terminalı başıma vurdular

Mənbə: AzVision.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *