Respublika yollarında – SON VƏZİYYƏT
“Problem yaradan hazırlıqsız sürücülərdir”.
“Azəryolservis” ASC hava şəraiti ilə əlaqədar respublika yollarında son vəziyyətlə bağlı açıqlama verib.
Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Oxu.Az-a bildirib ki, hazırda magistral və respublika əhəmiyyətli yollarda heç bir problem yaşanmır.
A.Nəcəfli qeyd edib ki, hava şəraiti ilə əlaqədar “Azəryolservis”in əməkdaşları dünəndən etibarən yollarda təmizləmə işlərini həyata keçirir:
“Bakıda yollar qardan təmizlənib. Zərurət yarandığı yerlərə düz səpilib. Ola bilər ki, ara küçələrdə və məhəllələrdə qar qalsın. Lakin əsas küçə və prospektlərdə nəqliyyatın sərbəst hərəkəti təmin edilib”.
Şirkət rəsmisi əlavə edib ki, əsas magistral yollarda heç bir problem yoxdur:
“Respublika üzrə yollarda vəziyyət normaldır. Hətta Ağsu aşırımlarında işlər aparılıb, hazırda da aparılır və heç bir problem müşahidə olunmur. Əsas problem ucqar ərazilərdə yaranmışdı. Orda da yolların buzdan təmizlənməsi istiqamətində işlər davam etdirilir. Hazırda orda qarın yağması davam edir”.
A.Nəcəfli sürücüləri də ehtiyatlı olmağa çağırıb.
O qeyd edib ki, hazırda yollarda problem yaradan hazırlıqsız sürücülərdir:
“İndiki hava şəraitində avtomobil sahibləri maşının qış rejiminə uyğunlaşması üçün onun təkərlərini dəyişdirməlidirlər. Çünki yağışlı və qarlı hava şəraitində avtomobil yolları sürüşkən olur, bu da baş verən qəzaların sayını artırır.
Sürücülər avtomobillərinin şinlərinə, şüşə silgəclərinin işlək vəziyyətdə olmasına, habelə soyuducu sistemlərində d
Mənbə:> Oxu.Az