Azərbaycanda yollarda qorunma zolaqlarının ölçüləri dəyişib
Azərbaycan Respublikası Nazirlər Kabineti “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri”nin təsdiq edilməsi haqqında qərar qəbul edib.
Oxu.Az xəbər verir ki, qərara əsasən, dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri respublika əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 30 metr enində, yerli əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 12,5 metr enində təsdiq edilib.
Qeyd edək ki, indiyə qədər Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının avtomobil yollarında təhkim və qorunma (mühafizə) zolağından istifadənin tənzimlənməsinə dair əlavə tədbirlər haqqında” qərarına əsasən respublika əhəmiyyətli avtomobil yollarında 60 metr, yerli əhəmiyyətli avtomobil yollarında isə 25 metr enində ərazidə tikintisi Nəqliyyat Nazirliyi və Daxili İşlər Nazirliyi ilə razılaşdırılmaqla aparılan mühəndis qurğuları istisna olmaqla, bütün tikinti işlərinin dərhal dayandırılmalı idi.
Mənbə:> Oxu.Az