Facebook şərhinə görə adam bıçaqlayan məktəbliyə rəhm olundu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

Facebook şərhinə görə adam bıçaqlayan məktəbliyə rəhm olundu

Facebook şərhinə görə adam bıçaqlayan məktəbliyə rəhm olundu


Bakı Apellyasiya Məhkəməsində Bakı ş. sakini Rövşən Şahmarovun (1998-ci il təv.) CM-nin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu.Az xəbər verir ki, ötən il aprelin 21-də Nizami rayonunda yerləşən 238 saylı məktəbin 11-ci sinif şagirdi olan Rövşən Şahmarov sinif yoldaşı Elvin Muradova 18 bıçaq zərbəsi vurub, xəsarət alan sonuncu 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılmaqla, həyatı xilas edilib. Həmin gün şübhəli şəxs Nizami RPİ 25-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məlum olub ki, hadisəyə iki məktəblinin mesajlaşma proqramında bir-birini təhqir etməsi səbəb olub. Belə ki, Şahmarovun Facebook sosial şəbəkəsində bir qızla çəkdirdiyi şəklin altında Muradov şərh yazıb və buna görə aralarında mübahisə düşüb.

Gecə saat 1 radələrində bundan hiddətlənən Rövşən NZS qəsəbəsindən Elvinin yaşadığı Q.Qarayev prospektindəki, 29 saylı evin qarşısına gəlib və orada əlbəyaxa dava vaxtı Muradova çoxsaylı bıçaq xəsarətləri yetirib.

Məhkəmə prosesində Rövşən Şahmarov ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində davaya qız şəklinə Elvinin şit zarafat edərək, yazdığı şərhin səbəb olduğunu göstərib:

“Facebook-da sinif yoldaşım qızla şəklimi paylaşıb, Elvin də altına rəy yazıb. Ondan belə zarafat etməməsini xahiş etdim, mübahisə də buna görə başladı, sonra bu barədə bir az Whatsapp-da söhbət etdik, məsələni həll etmək üçün görüşmək qərarına gəldik. Görüşdükdə, mübahisə daha da böyüdü, mən də onu bıçaqladım”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Hökmdən məhkumun müdafiəçisi apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsi işi hallarını araşdıraraq birinci instansiya məhkəməsinin hökmünü dəyişdirib. Qərara əsasən, R.Şahmarovun cəzası 5 il 7 ay 15 günə endirilib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *