ABŞ-da banknotlardan “In God We Trust” ifadəsini götürmək təklif edildi
ABŞ-da ölkənin rəsmi “Pənahımız Allahadır” (In God We Trust) şüarını dollar əskinazlarının üzərindən silməyi təklif ediblər. Müvafiq iddia Ohaya ştatından olan bir qrup ateist tərəfindən Akron şəhər məhkəməsinin Federal dairə məhkəməsinə təqdim edilib, World Religion News portalı məlumat yayıb.
Oxu.Az lenta.ru-ya istinadən xəbər verir ki, iddiaçıların nümayəndəsi Maykl Nyudou vurğulayıb ki, “Pənahımız Allahadır” ifadəsi ABŞ-ın konstitusiyasını pozur, belə ki, konstitusiyaya görə, kilsə dövlətdən ayrı olmalıdır.
Əgər məhkəmə onları dəstəkləsə şüar yeni buraxılan banknotların üzərində çap edilməyəcək.
Şəbəkədə belə təşəbbüs birmənalı qiymətləndirilməyib. Əsasən respublikaçılar tərəfindən prezidentliyə namizəd Ben Karson Twitter-dəki mikrobloqunda iddiaçılara əks çıxış edib.
The Daily Beast-in icmalçısı Kandida Moss öz növbəsində qeyd edib ki, “Pənahımız Allahadır” ifadəsi soyuq müharibə illərində şüar kimi qəbul edilib. Amerika hakimiyyəti ondan sovet ateizminə qarşıdurma kimi istifadə etmək qərarına gəlib.
Mənbə:> Oxu.Az