“Sevimli şou” bağlandı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Media

“Sevimli şou” bağlandı

“Sevimli şou” bağlandı


”Space” telekanalında yayımlanan “Sevimli şou”nun yayımı dayandırılıb. Bu, milli-mənəvi dəyərlərə verdiyimiz qiymətin nəticəsidir.

AzNews.info-nun APA-ya istinadən xəbərinə görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

O bildirib ki, əvvəlki illərlə müqayisədə Azərbaycan efir məkanında qanun pozuntuları minimuma endirilib:

“Buna apardığımız işlər, inzibati tənbeh tədbirləri ilə nail olunub. Yerdə qalan problemlər tədricən aradan qaldırılacaq”.

Şura sədri qeyd edib ki, telekanallar öz üzərilərində çalışmalıdırlar:

“Telekanallarda yayımlanan bəzi verilişlərə baxanda utanıram. Biz media azadlığına qarşı çıxa bilmərik. Eyni zamanda, telekanallarda kadr problemi bir nömrəli problemdir”.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *