MTRŞ “Hesabat”la bağlı qərarı dəyişdi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Media

MTRŞ “Hesabat”la bağlı qərarı dəyişdi

MTRŞ “Hesabat”la bağlı qərarı dəyişdi


Bu gün Milli Televiziya və Radio Şurasında ANS tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı mətbuat konfransı keçirilib.

"Qafqazinfo"nun tədbirdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib ki, 2015-ci ilə dair hesabat açıqlayacaq: "Bununla yanaşı həm də ANS ilə bağlı məsələdən danışacağıq. Bu kanalla bağlı MTRŞ-nin verdiyi bütün kanallar qanuna əsaslanıb. Bu siyasətin nəticəsində ANS də daxil olmaqla digər kanallarda da pozuntular minimuma endirilib. Amma Azərbaycan efirində hələ görüləsi çox işlər var.

ANS televiziyası ilə bağlı verdiyimiz qərardan sonra bizə qarşı olan qərəzli iddiaları qətiyyətlə rədd edirik. Teleseriallarla bağlı prezident tərəfindən ayrılan puldan ANS-ə 1 milyon 760 min, LIDER TV-yə 1 milyon 800 min pul köçürülüb.

Ayrılan pulların xərclənməsi ilə bağlı biz ANS və İTV-yə qarşı məhkəməyə müraciət etmişik. ANS-ə bildirilmişdi ki, serial başa çatdıqdan sonra pulun 40 faizi ödəniləcəkdi. Bu pul ANS-ə ona görə veriləcəkdi ki, onlar "Abşeron" serialı çəkməli idilər. Lakin sonda bizə təqdim etdikləri serialın adını dəyişib "Sevgi" qoymuşdular və məzmun sevgi haqda idi. Biz də bunu qəbul etmədik. Çünki müqavilə şərti pozulmuşdu.

Bu gün ən çox qanun pozuntusu ANS-dədir.

***

N. Məhərrəmli bildirib ki, "Hesabat"a qoyulan qadağa aradan götürülüb: "Mirşahin Ağayevin səhhətini, kanal rəhbərliyinin etiraflarını və həssas dönəmi nəzərə alıb dünən verdiyimiz qərarı bu gün geri götürdük".

Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *