ANS məhkəməyə verildi: 160 min manat qaytarılsın » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Media

ANS məhkəməyə verildi: 160 min manat qaytarılsın

ANS məhkəməyə verildi: 160 min manat qaytarılsın


Milli Televiziya və Radio Şurası (MTRŞ) ANS Müstəqil Yayım və Media şirkətini məhkəməyə verib.

AzNews.info Report-a istinadən xəbər verir ki, ANS-in məhkəməyə verilməsinə səbəb serial çəkilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitdən düzgün istifadə edilməməsidir.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MTRŞ-in hüquqşünasları bildirib ki, ANS TV Şuraya layihəsini təqdim etdiyi serialı çəkməyib.

"Serial çəkilişi üçün ayrılan 200 min manatın 160 min manatı televiziyaya ödənilmişdi, 40 min manatı isə hələ büdcədədir.

ANS serialın çəkilməsi ilə bağlı hesabatı 2015-ci lin iyul ayında təqdim etməli idi.

Amma hesabat qeyd olunan tarixdə təqdim olunmadı.

Əvəzində, sentyabr ayında bizə çəkdikləri başqa bir serialı gətirdilər və müqavilənin tarixini dəyişərək, çəkməli olduqları serialın yerinə onun qoyulmasını təkif etdilər.

Həmin serial ANS-ə dövlət büdcəsindən vəsait ayrılan zaman layihə kimi təqdim etdiyi deyil, tamamilə başqa bir serial idi", - MTRŞ-dən bildirilib.

MTRŞ ANS-dən 160 min manat vəsaitin dövlət büdcəsinə geri qaytarmağı tələb edir.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *