İstanbul-Bakı aviareysi ləğv edildi
“Türk hava yolları” aviaşirkəti əlverişsiz hava şəraitinə görə, yanvar ayının 23-nə planlaşdırılmış iki İstanbul-Bakı reysini ləğv edib.
Oxu.Az xəbər verir ki, bu barədə cümə günü aviaşirkətin saytında məlumat yayılıb.
Birinci təyyarə yanvar ayının 23-də İstanbuldan yerli vaxt ilə saat 08:15-də Atatürk aeroportundan, ikinci isə Sabiha Gökçen aeroportundan yerli vaxt ilə saat 22:55-də havaya qalxmalı idi.
Qeyd edək ki, “Türk hava yolları” aviaşirkəti son günlər ərzində əlverişsiz hava şəraitinə görə onlarla beynəlxalq və daxili reysi ləğv edib.
Mənbə:> Oxu.Az