Ayaqqabı kilsə oldu
Tayvanda qadınların diqqətini cəlb etmək üçün şüşədən qadın ayaqqabısını xatırladan kilsə tikilib.
Axar.az xarici mətbuata istinadən xəbər verir ki, bina 686 min dollara başa gəlib. Kilsə Çində Yeni il şənliklərinin keçirildiyi vaxta təsadüf edən 8 fevral tarixində açılacaq.
Hündürdaban ayaqqabı formasında olan bu kilsə real bir hadisə əsasında yaradılıb. Səlahiyyətlilərin sözlərinə görə, 1960-cı illərdə Vanq soyadlı 24 yaşlı qız qara ayaq xəstəliyinə tutulub. İki ayağının da toy günündən əvvəl kəsiləcəyini öyrənən qız evlənməkdən imtina edib və həyatının qalan hissəsini kilsədə keçirib. Bu hündürdaban ayaqqabı da Vanqın xatirəsinə inşa edilib.
Tayvan mediasında böyük səs-küy doğuran bu kilsə birmənalı qarşılanmayıb.
Mənbə:> Axar.az