Məkkədə əsas muzeyi erməni memar inşa edəcək
Erməni mənşəli, məşhur fransız memarı, Britaniya kral memarlıq institutunun üzvü Mişel Mossesyanın rəhbərlik etdiyi Mossessian Architecture memarlıq şirkəti Səudiyyə Ərəbistanının şəhəri Məkkədə müsəlman dininin əsas muzeyinin yaradılması üzrə dünya müsabiqəsində qalib gəlib, De Zeen məlumat yayıb.
Oxu.Az “Novosti Armenii”ya istinadən xəbər verir ki, Londonda yaşayan erməni memara mənsub şirkət Məkkədə “İman muzeyi”nin müəllifi olacaq.
Bu muzeyin inşasını bütün dünya gözləyir. Muzey Məkkədən 7 km uzaqlıqda tikiləcək və müsəlmanlığın yaranışını simvolizə edəcək.
“İman muzeyi” 5600 km ərazini əhatə edəcək. Muzeyin virtual məscidi, audio-video zalı, 3D nümayişləri və damında bağları olacaq.
Qeyd etmək lazımdır ki, əsas binanın daşları dünyanın bütün müsəlman ölkələrindən gətiriləcək.
Mənbə:> Oxu.Az