Azərbaycanlılar kütləvi şəkildə Türkiyədən mənzil alır » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Azərbaycanlılar kütləvi şəkildə Türkiyədən mənzil alır

Azərbaycanlılar kütləvi şəkildə Türkiyədən mənzil alır

Şirkətin rəhbəri açıqlama verib.

Azərbaycanlılar 2015-ci ildə Türkiyədən mənzil alan əcnəbilər arasında ilk beşlikdə qərarlaşıb.

Oxu.Az Milliyyət-ə istinadən xəbər verir ki, bu barədə mənzil bazarının qiymətləndirilməsi üzrə şirkətlərdən birinin rəhbəri Ömər Faruk Çəlik bildirib.

Onun sözlərinə görə, ötən ilin 10 ayında əncəbilərə ümumilikdə 18 min 567 ədəd mənzil satılıb, amma ilin son rəqəmlərinin 22-23 minə çatacağı proqnozlaşdırılır.

“Türkiyə mənzil bazarından daha çox mənzil alan ölkələrin beşliyində İraq, Səudiyyə Ərəbistanı, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə və Azərbaycan yer alıb. 2016-cı il üçün əncəbilərin bu bazara investiisya məbləğinin 10 milyard dollara çatacağı proqnozlaşdırılır”, - deyə o, əlavə edib.

Qeyd edək ki, Türkiyə Statistika Komitəsinin məlumatına görə, ötən ilin 11 ayında azərbaycanlıların Türkiyədən aldığı mənzillərin sayı 733 ədəd olub.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *