Azərbaycanlılar Türkiyədən aldığı mənzillərin sayını artırıb » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Azərbaycanlılar Türkiyədən aldığı mənzillərin sayını artırıb

Azərbaycanlılar Türkiyədən aldığı mənzillərin sayını artırıb


2015-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanlılar Türkiyədən 645 ədəd mənzil alıb.

Oxu.Az Türkiyə Statistika Qurumuna istinadən xəbər verir ki, təkcə oktyabr ayındə Azərbaycanlılara 77 ədəd mənzil satılıb.

Qeyd edək ki, Azərbaycanlılar senytabrda qonşu ölkədən 56, avqust ayında isə 54 ədəd mənzil almışdılar.

Oktyabrda Türkiyənin mənzil bazarına ən çox maraq göstərənlərin üçlüyünə yenə də İraq (430), Səudiyyə Ərəbistanı (325), Rusiya Federasiyası (191) daxil olub.

Ümumilikdə isə Türkiyənin mənzil satışları 2015-ci ilin oktyabr ayında 8,8% artaraq, 104 098 ədəd olub. Ən çox mənzil İstanbuldan alınıb 18 468 ədəd, bu şəhərin ümumi satışlarda payı 17,7% olub.

Ankaradan isə 11 028 mənzil alınıb ki, bunun da ümumi satışlarda payı 10,6% təşkil edib. İstanbul, Ankaradan sonra İzmirdən isə cəmi 5 987 mənzil alınıb ki, bu şəhərin ümumi satışlarda payı isə 5,8% olub.

Mənbə: Oxu.Az - Ülviyyə R. Əli
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *