Alimlər Yerin məhv olacağı tarixi açıqladılar
Britaniyalı mütəxəssislər Yerə sürətlə Niburi planetinin yaxınlaşdığı barədə xəbərdarlıq edib.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, planet ilk dəfə NASA tərəfindən 1979-cu ildə aşkar edilib. Onun ölçüsü Yupiterdən 4 dəfə böyükdür.
Britaniya mütəxəssislərinin fikrincə, göy cismi hazırda öz istiqamətini dəyişib və sürətlə Yerə doğru yaxınlaşır. Mütəxəssislər güman edir ki, birbaşa toqquşma baş verməyəcək.
Ancaq Niburu Yerin yaxınlığından keçəcəyi təqdirdə belə, Yerdə sunami və dağıdıcı zəlzələlər kimi çox böyük katakalizmlər baş verəcək. Eyni zamanda Yerdə uzunmüddətli meteor yağışlarının yağacağı istisna olunmur.
Elm aləmində Niburunun yaxınlaşmasına bədbin yanaşan bir qrup mütəxəssis isə təhlükəli yaxlınlaşma ilə bağlı tarix də verib. Bu tarix 2016-cı ilin aprel ayına təsadüf edir.
Qeyd etmək lazımdır ki, 2012-ci ilin dekabrın 21-də nəzərdə tutulan Dünyanın sonunu da Niburu planeti ilə əlaqələndirirdilər. Qədim babillilər Niburu planeti Marduk tanrısı ilə asossiasiya edirdilər.
Xatırladaq ki, ildə azı dörd dəfə bu cür xəbərlər yayılır. Ona görə də kimin xəbərinin ciddi, kiminkinin qeyri-ciddi olduğunu ayırd etmək çətindir.
Mənbə:> Oxu.Az