Gənc qalmağın sirri tapıldı: Zu San nöqtəsi » AzNews.info -Xəbər portalı

Gənc qalmağın sirri tapıldı: Zu San nöqtəsi – FOTO

Gənc qalmağın sirri tapıldı: Zu San nöqtəsi


Uzun illərdir insanlar sağlam yaşamağın, cavan qalmağın yollarını axtarır. Bunun üçün müxtəlif təbabətə, cərrahi əməliyyatlara üstünlük verilir. Lakin bunların heç biri uzun müddət cavan qalmağa kömək etmir, sağlam həzm sisteminə zərərsiz ötüşmür. İnsan vücudunda bir ilin aylarını və günlərini xatırladan 365 nöqtə və 12 əsas meridian var. Spesifik nöqtələrə edilən masaj insanları arzularına bir addım daha yaxınlaşdırır.

Axar.az xəbər verir ki, “Uzun ömürlülüyün sirri” adlandırılan Zu San Li nöqtəsinə tətbiq olunan masaj Çinin ən məşhur masaj üsuludur. Çin təbabətində vücud enerji sistemi olaraq qəbul edilir və masaj orqanların funksional aktivliyinə və enerji mənbələrinə təsir edə bilir. Zu San Li nöqtəsini aktivləşdirmək vücudda yenilənmə təsiri yarada bilər, yaşlanmağın qabağını kəsər. Çində bu nöqtə “uzun ömür nöqtəsi” adlandırılır.

Zu San Li nöqtəsini necə tapmaq olar?

Vücudumuzda Zu San Li nöqtəsi diz qapağının altındadır. Sağ əlinizi dizinizin üzərinə qoysanız, Zu San Li nöqtəsi çeçələ barmağın dırnağı ilə adsız barmağın dırnaq hissəsi arasında yerləşən nöqtəni tapa bilərsiniz. Əgər bu şəkildə düzgün nöqtəni tapa bilmirsinizsə, əyləşərək dizlərinizi əyin. Ayaqlarınızı yerdən qaldırmayın. Bu zaman dizinizin aşağı hissəsində yüksək sahə hiss edəcəksiniz. Barmağınızı onun üzərinə qoyub yüngülcə basın. Bu nöqtə Zu San Li nöqtəsidir.

Bu nöqtəyə “Üz xəstəliyinin nöqtəsi” də deyilir. Bəs Zu San Linin belə adlandırılmasının səbəbi nədir?

Zu San Li nöqtəsi bədənimizin yarıdan aşağı hissəsinin yaxşı fəaliyyət göstərməsini idarə edir. Böyrəküstü vəzlərin, böyrəklərin, cinsiyyət orqanlarının, həzm sisteminin düzgün şəkildə işləməsini təmin edən onurğa iliyinin funkiyalarını yönləndirir. Qan təzyiqinin insulin, qlükoz səviyyələrinin tənzimlənməsi, vücuddakı iltihabın azaldılması, immunitet sisteminin gücləndirilməsi, bağırsaq və mədə problemlərinin həll olunması, iflicin müalicəsi, sağlam qida sistemi, özgüvən, stress və təzyiqin idarə olunması, daxili tarazlıq Zu San Li nöqtəsindən asılıdır.

Bu nöqtənin masaj edilməsinin hıçqırıqda, qəbizlikdə, qastridə də yaxşı təsir göstərdiyi təxmin edilir. İmmunitet sistemini gücləndirən bu masajın sağlam bədən formalaşdırdığı hesab edilir.

Zu San Li nöqtəsi nə vaxt masaj edilsə daha faydalı olar?

Bu masaj səhər saatlarında və günorta yeməyindən əvvəl tətbiq olunduğunda daha faydalıdır. Hər diz üçün saat istiqamətində dairəvi (barmağınızla yüngülcə basaraq və basdığınız nöqtədə bir müddət qalaraq) təqribən 10 dəqiqə davam etməlidir.

Bu masajın stimullaşdırıcı bir təsiri də var. Axşamlar Zu San Li nöqtəsinə saat istiqamətinin əksi istiqamətində masaj edənlərin həftədə 400-500 qram arıqladıqları bildirilir. Gecə yatmamışdan əvvəl yuxunuzu qaçırtmamağı üçün bu masajı etməyin. Zu San Li masajını yeni ay çıxmamışdan 8 gün əvvəl hər səhər etsəniz, yaşlanma müddətini azaldarsınız. Həmçinin yuxarıda saydığımız faydaları da bu müddət ərzində daha təsirlidir. Günorta yeməyindən əvvəl edəcəyiniz masaj yaddaşınızı, ürək-damar və həzm sisteminizi gücləndirəcək. Günortadan sonra isə stress, baş ağrıları, narahatlıq, yuxusuzluq üçün bu masajı edə bilərsiniz.

Qeyd edək ki, “Uzun ömürlülüyün sirri” adlandırılan nöqtənin Zu San Li adlandırılması sözügedən sirri atasından miras olaraq alan şəxsin adı ilə bağlıdır.

Gənc qalmağın sirri tapıldı: Zu San nöqtəsi
Gənc qalmağın sirri tapıldı: Zu San nöqtəsi

Mənbə: Axar.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *