Qusarda həyat "donub" – FOTO
Qusarda gecə 12 dərəcə şaxta müşahidə olunub.
AzNews.info xəbər verir ki, bayram gecəsi başlayan qar hələ də davam edir. Son 2 gün ərzində rayon ərazisinə 80 sm-dən çox qar yağıb. Qusar-Şahdağ yolu, eyni zamanda Qusar-Quba yolu buz bağlayıb. Əsas yollara ağır texnika cəlb olunub, qardan təmizləmə işləri aparılsa da, hərəkət tam bərpa olunmayıb.
Rayon əhalisinin sözlərinə görə, bir çox insanlar, eyni zamanda yeni il gecəsini Qusarda və Şahdağda keçirmək istəyən insanlar pis hava şəraiti səbəbindən geriyə - Bakıya qayıda bilmirlər.
Mənbə:> AzNews.info