Darya Tropkina “Səs Azərbaycan”ı coşdurdu – VİDEO
Ölkənin əsas musiqi layihəsi olan “Səs Azərbaycan” tamaşaçı ordusunu genişləndirməyə davam edir.
Oxu.Az xəbər verir ki, müsabiqədə “Görmədən dinləmələr” mərhələsi başa çatıb.
Bu mərhələdə ən son iştirakçısı Darya Tropkina öz ifası ilə həm tamaşaçıları, həm də münsifləri coşdurub.
Moskvadan yarışmaya qatılan iştirakçı Qloriya Qeynorun “I Will Survive” mahnısını səsləndirib.
Qeyd edək ki, Darya Tropkina iştirakını Faiq Ağayevin komandasında davam etdirəcək.
Mənbə:> Oxu.Az