Bu gün Ələsgər Məmmədoğlu ilə vida mərasimi keçiriləcək » AzNews.info -Xəbər portalı

Bu gün Ələsgər Məmmədoğlu ilə vida mərasimi keçiriləcək

Bu gün Ələsgər Məmmədoğlu ilə vida mərasimi keçiriləcək


Əməkdar artist Ələsgər Məmmədoğlu bu gün, dekabrın 22-də “Qurd qapısı” qəbiristanlığında, anasının yanında dəfn olunacaq.

AzNews.info-nun məlumatına görə, bu barədə APA-ya onun oğlu Ceyhun Məmmədoğlu bildirib.

Ə.Məmmədoğlu ilə vida mərasimi bu gün saat 12:00-14:00 radələrində Süleyman Sani Axundov, 4 ünvanında (“Bolluq bazarı” ilə üzbəüz), mərhumun evində keçiriləcək.

Xat;rladaq ki, aktyor dünən axşam saat 21:00 radələrində öz evində dünyasını dəyişib.

Ə.Məmmədoğlunun ailəsindən bildiriblər ki, aktyorun səhhəti qəfil pisləşəndən sonra “təcili yardım” gəlsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *